Fərid Cabbar - "Bütün qadın qətlləri siyasidir. Qatillər isə sistem və dövlət nümayəndələridir!"

05/08/2021

Hər bir qadın öldürüldükcə, intihar etdikcə hökumətin bu məsələdə nə qədər maraqsız olması bir daha göz önünə sərilir. İnsan həyatı hər bir şeydən dəyərlidir və çox təəsüflər olsun ki, təhsil səviyyəsinin və qanunun bu qədər aşağı olması səbəbi ilə qadınlar bu qətllərlə daha çox üz-üzə qalırlar.
Öldürülən hər bir qadının qanı bütün sistemin əllərinə bulaşıb. Bu sistem ən azı qatillər qədər günahkardır.
Bütün qadın qətlləri siyasidir. Qatillər isə sistem və dövlət nümayəndələridir!
Fikirlərimi daha da açıqlayası olsam, son məsələni misal göstərə bilərəm. Əgər rejimin polisləri şəxsi həbs etsəydilər və ya nəzarətdə saxlasaydılar, bunlar baş verməzdi və ya o şəxs həqiqətən də normal bir təhsilə və psixologiyaya sahib olsaydı, bunlar baş verməzdi. Təhsil dediyim çərçivədə mədəni dəyərlər faktorunu irəli çəkirəm.

#QadınQətilləriSiyasidir!