Fərid Cabbar - "Hökumət əlindəki texnologiyadan niyə korrupsiyaya qarşı istifadə eləmirdi?"

31/07/2021

Əgər Azərbaycan hökumətinin əlində belə texnologiya var idisə, onda niyə bunu korrupsiyaya qarşı istifadə eləmirdi?

Niyə müstəqil jurnalistlərin doğru araşdırmalarından sonra mülkləri ortaya çıxırdı?

Bunu qoyuruq bir kənara, Tərtər məsələsində niyə bu tipli texnologiyalardan istifadə edilmirdi? Niyə məlumat əldə etmək üçün insanlara min cürə işgəncələr verib öldürürdülər?

Deməli hökumət büdcədən oğurlanan pullar, qanun pozuntuları, vəhşi qətllərdən daha çox siyasilər, jurnalistlərin yataq otaqlarına maraq salır.

Bu hökumətin cavablandıra bilməyəcəyi suallar birbaşa olaraqdan isbatdır ki, Azərbaycandakı sistem ancaq öz maraqlarının baş tutması üçün bütün iyrənc yollara əl ata bilər və xarici şirkətlərə bunun üçün külli miqdarda pul yedizdirə bilər.

Fəqət sosial rifahın artırılması üçün edilən tələblərə (pulsuz təhsil, pulsuz səhiyyə, uşaq pulu) dövlət büdcəsinin pulu çatmır.

Hakim ailələrin ölkədən oğurladığı pulların sadəcə 1/100-i ilə bu tələblərin ən azı birini çox rahatlıqla həyata keçirtmək olardı.