Fərid Cabbar - "Təhsil krediti problemin həlli deyil"

25/06/2021

Təhsil krediti problemin həlli deyil. Məsələni daha da qəlizləşdirib dövlətin xeyrinə çevirmək üçün bir vasitədir.

Geniş bir prizmadan təhsil kreditlərinə baxası olsaq, yaxın 5 ildə yaranacaq prosesləri Azərbaycan reallığında görmək çox asan məsələdir.

Təhsil kreditlərinin təməli 3 səbəb var: .

1. Tələbələri kreditlər vasitəsi ilə dövlətdən daha asılı hala salmaq.

2. Sosial təminatı az olan tələbələrin təhsil haqqına edilən yardımları əmtəəyə çevirmək.

3. Pulsuz təhsil kimi sosial tələblərin qarşısın almaq.

Dünyanın bir çox yerində təhsil kreditləri tətbiq edilir, fəqət həmin ölkələrdə təhsil səviyyəsi ilə Azərbaycan arasında utopik fərqlər vardır. Universiteti bitirən tələbələrin çox az bir qismi iş taparaq oxuduğu sahə üzərində işləyə bilirlər və hər hansısa iş tapmaqları uzun bir vaxt aparır.

Təhsil kreditlərinin 20 illik aşağı faizlərlə veriləcəyi deyilir, amma nəyə görə və kimə görə aşağı? Azərbaycan banklarının bir çoxu təhsil kreditini 1 illik 20 faizə verirlər, yəqin ki, dövlətin təklif edəcəyi rəqəmlər də aşağı-yuxarı buna bərabər olacaq və yaxın illər ərzində bu kreditlə yoxsul olan təbəqənin daha da yoxsullaşdığını görəcəyik.

Qısaca götürəsi olsaq, tələbələr sadəcə bir kağız parçasına görə kredit ödəməyə məhkum olacaqlar və ortalama maaş ilə götürsək bunu qarşılamağa heç bir şəxsin gücü çatmayacaq.

Universitetlər tikilərkən belə xalqın vergiləri ilə tikilsə də, fəqət belə keyfiyyətsiz təhsilə sonunda xalqın övladlarını oxudulması üçün illik ən azı 2000 azn pul tələb edirlər və bunun da kreditlə təklif edilməsi gələcəkdə o gəncin istihdam yaratması üçün böyük problem yaradacaq.

Mənim tələblərim bu mövzuda qəti və dəyişməzdir, dövlətin atdığı addımlar da qaçmaqdan başqa heç bir şey deyil. "Pulsuz Təhsil"; "Pulsuz Səhiyyə" kimi sosial tələblər həmişə gündəmdə olmalıdır və bu olmadığı müddətcə ferma təfəkkürü ilə idarə edilən bu ölkədə xalq ancaq yuxusunda darı görə bilər.