N!DA Vətəndaş Hərəkatı "8 Mart - Susa bilmərəm" aksiyasında - 8 mart 2022

N!DA 15/03/2022

2022-ci ilin martın 8-də Beynəlxalq Qadınlar Günü mansibətilə paytaxtın mərkəzi küçərlərində "Susa bilmərəm" adlı aksiya təşkil olunub. Feminist fəalların təşkilatçılığı ilə baş tutan aksiyada  qadın qətllərinin dövlət orqanları tərəfindən "obyektiv araşdırılmamasına" etiraz edilib, hakimiyyətin İstanbul konvensiyasını izalaması tələb edilib.

Aksiyada feminist fəallarla yanaşı, ictimai fəallar və N!DA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvləri də yaxından iştirak ediblər. İdarə Heyəti üzvü Elmir Abbasov aksiya zamanı səsləndirdiyi "yaxşı oğlan feminist" olar şüarı ilə sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Aksiya ilə əlaqədar Hərəkat tərəfindən verilən açıqlamada:

"8 mart bayram yox, dünya miqyasında qadın azadlığı və qadın hüquqlarının müdafiəsi uğrunda mübarizə günüdür. İrticanın və diktaturanın ən böyük dəstəkçisi olan zorakılıq, istismar və patriarxal düşüncə təkcə qadınlara yox, bütün fərdlərə qarşı yönəlmişdir. Qadın qətllərinin, zorakılığın, şiddətin tək səbəbi mövcud irtica rejimi və bu irticanın siyasi şifarişidir. Məhz buna görə də əsas şüarımız “Rədd olsun irtica, yaşasın qadınlar”-dır.

Bu mübarizə qadınlara qarşı ayrıseçkilik və zorakılığın, qadın qətllərinin, stereotiplərin və patriarxatın sona çatacağı günədək davam edəcəkdir.

N!DA Vətəndaş Hərəkatı olaraq bu gün 8 mart “Susa bilmərəm” adlı yürüşdə idik. Azərbaycan cəmiyyətində qadın azadlığı və qadın hüquqları uğrunda verilən mübarizədə tərəfimiz bəllidir", ifadələrinə yer verilib.