N!DA VH 15 İYUNDA KİTAB TƏQDİMATI KEÇİRƏCƏK

İyun ayının 15-i saat 16:00-da Müsavat Partiyasının konfrans zalında Nida Vətəndaş Hərəkatının təşkilatçılığı ilə dilimizə tərcümə olunan Robert Helveyin "On strategic nonviolent conflicts: thinking about the fundamentals" - Strateji dinc mübarizə: əsas prinsiplər" kitabının təqdimatı keçiriləcək. Kitab siyasi ədəbiyyat sahəsində qeyrizorakılıq və dinc mübarizə barədə yazılmış ən vacib əsərlərdən biridir. Kitabda Cin Şarpın nəzəriyyələri ilə yanaşı, bir sıra digər siyasi elmlərin nəzəriyyələrindən də istifadə edilib. Kitabı özü üçün yararlı hesab edən hər kəsi təqdimatda iştiraka dəvət edirik. Təqdimat zamanı kitabın satışı da həyata keçiriləcək.
Bütün vətəndaşlar dəvətlidir.
Daha ətraflı burdan öyrənə bilərsiniz