N!DA - Azərbaycan vətəndaşlarının Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında birliyidir. Hərəkat 7 nəfərdən ibarət idarə heyəti tərəfindən idarə olunur.

Azərbaycan cəmiyyətinin konstitusion əsaslarının, demokratik və respublika dəyərlərinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin demokratikləşdirilməsi; İctimai-siyasi proseslərə vətəndaşların , xüsusilə gənclərin ve tələbələrin cəlb edilməsi və onların bu proseslərə təsirinin artırılması.

Qeyri-zorakı vətəndaş etirazlarının – mitinq, küçə yürüşləri, piket, flashmob və s. – təşkil edilməsi; Sosial araşdırmaların aparılması; Seminarlar, treninqlərin keçirilməsi. və s.