Sosial-Demokratiya Məktəbi - "Siyasi ideologiyalar" - 22 oktyabr 2022

22/10/2022

22 oktyabr 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə keçirilən "Sosial-demokratiya məktəbi" layihəsinin ilk təlimi baş tutdu. Təlimdə iştirakçılara sosial-demokratiyanın formalaşması və inkişaf tarixi ilə bağlı ətraflı məlumat verilib.

"Sosial-demokratiya məktəbi" layihəsi çərçivəsində 2 ay müddətində müxtəlif ekspertlərin iştirakı ilə sosial-demokratiyanın fəlsəfəsi, iqtisadi əsasları, cəmiyyətə baxışı, müasir dünya təcrübəsində sosial-demokratiya və s. mövzularda təlimlər həyata keçirilməsi nəzərdə tutulub.

Təlimlər Almaniyanın "Sosial Demokratiya Akademiyası"-nın tədris proqramı əsasında təşkil olunub.