Sosial-Demokratiya Məktəbi - "Sosial-demokratiya və vətəndaş cəmiyyəti" - 6 noyabr 2022

06/11/2022

6 noyabr 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə keçirilən "Sosial-demokratiya məktəbi" layihəsinin üçüncü təlimi baş tutub. Təlimdə iştirakçılara sosial-demokratiyada vətəndaş cəmiyyəti, gənclər və aktivizm mövzularında ətraflı məlumat verilib.

Qeyd edək ki, "Sosial-demokratiya məktəbi" layihəsi çərçivəsində 2 ay müddətində müxtəlif ekspertlərin iştirakı ilə sosial-demokratiyanın fəlsəfəsi, iqtisadi əsasları, cəmiyyətə baxışı, müasir dünya təcrübəsində sosial-demokratiya və s. mövzularda təlimlər həyata keçirilməsi nəzərdə tutulur.

Təlimlər Almaniyanın "Sosial Demokratiya Akademiyası"-nın tədris proqramı əsasında təşkil olunur.