Sosial-Demokratiya Məktəbi - "Sosial-demokratiyanın iqtisadi əsasları" - 30 oktyabr 2022

30/10/2022

30 oktybar 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə keçirilən "Sosial-demokratiya məktəbi" layihəsinin ikinci təlimi baş tutdu. Təlimdə iqtisadçı Toğrul Vəliyev tərəfindən iştirakçılara sosial-demokratiyanın iqtisadi əsasları ilə bağlı ətraflı məlumat verildi.

Qeyd edək ki, "Sosial-demokratiya məktəbi" layihəsi çərçivəsində 2 ay müddətində müxtəlif ekspertlərin iştirakı ilə sosial-demokratiyanın fəlsəfəsi, iqtisadi əsasları, cəmiyyətə baxışı, müasir dünya təcrübəsində sosial-demokratiya və s.
mövzularda təlimlər həyata keçirilməsi nəzərdə tutulur.

Təlimlər Almaniyanın "Sosial Demokratiya Akademiyası"-nın tədris proqramı əsasında təşkil olunur.