3 şəhərdə stiker-aksiya - "Saleh Rüstəmliyə azadlıq!" - 28 noyabr 2021

28/11/2021

28 noyabr 2021-ci ildə axşam saatlarında Bakı, Sumqayıt və Lənkəran şəhərlərində parallel olaraq "Saleh Rüstəmliyə azadlıq!" stiker aksiyası keçirilib.

Bir qrup ictimai-siyasi fəal Bakı, Sumqayıt və Lənkəran şəhərlərində Saleh Rüstəmlinin həbsinə etiraz olaraq şəhərin müxtəlif hissələrinə "Saleh Rüstəmliyə azadlıq!", "Free Saleh Rustamli!", "Siyasi Məhbusları Azad Et!", "Free Political prisoners!" şüarları ilə stikerlər yapışdırıblar.

İctimai fəallar Saleh Rüstəmlinin aclıq aksiyasına diqqət çəkərək sözlü yox əməli fəaliyyətlərlə Saleh Rüstəmlinin azadlığını tələb ediblər.