Bakının mərkəzində stiker-aksiya - "Qadın qətlləri siyasidir!" - 25 avqust 2020

26/08/2021

Bakıda bir qrup ictimai fəal son dövrlərdə artan qadın qətllərinə diqqət çəkmək üçün stiker aksiyası keçirib. Fəallar şəhərin fərqli məkanlarına "Qadın qətlləri siyasidir!", "Qadına şiddətə susma"? "İstanbul konvensiyasını qəbul et!" başlıqlı stikerlər yapışdırıb.

İctimai fəallar ölkədə son aylarda qadınlara qarşı zorakılığın və qadın qətllərinin artmasına, qadın hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməməsinə, İstanbul konvensiyasının qəbul edilməməsinə etiraz etdiklərini bildiriblər. 

Qadınlara qarşı zorakılıq davam etdiyi müddətcə hər yerdə və hər gün bu şüarları görəcəksiniz !