İctimai müzakirə - "Seçkidən sonra Azərbaycan: AŞPA və Rusiya ilə münasibətlər konrekstində" - 12 fevral 2024
12 fevral 2024-cü il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Seçkidən sonra Azərbaycan: AŞPA və Rusiya ilə münasibətlər konrekstində" adlı ictimai müzakirə təşkil edildi.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı və seçki üzrə mütəxəssis Məmməd Məmmədzadənin spikerliyi ilə keçirilən müzakirədə 7 fevral prezident seçkilərinin nəticələri, seçkidən sonra Azərbaycanın geosiyasi seçimləri və baş verə biləcək hadisələr haqqında fikir mübadiləsi aparıldı. Müzakirə N!DA üzvü Mete Türksoyun moderatorluğu ilə baş tutdu.
Spikerlər tərəfindən iştirakçıların mövzu ilə bağlı sualları cavablandırıldı.
Qeyd edək ki, N!DA Vətəndaş Hərəkatı olaraq yaxın gəlcəkdə də fərqli mövzularda ictimai müzakirələrimiz davam edəcək.