Canlı müzakirə: "Proseslərə soldan baxa bilirikmi?" - 6 mart 2022
2022-ci ilin 6 mart tarixində N!DA Vətəndaş Hərəkatının İdarə heyəti üzvü Elmir Abbasov "Proseslərə soldan baxa bilirikmi?" mövzusunda müzakirədə iştirak edib. "Time TV"-də canlı yayımlanan müzakirə D18 Siyasət məktəbinin təşkilatçılığı ilə baş tutub.
Müzkairədə Elmir Abbasovla yanaşı, "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli və moderator qismində jurnalist Elməddin Şamilzadə iştirak ediblər. Caspian Platformda baş tutan müzakirədə tərəflər Azərbaycanda solun hazırkı vəziyyəti və cəmiyyətdəki mövcud problemlərə yanaşması barədə danışıb, gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar. Siyasi təşkilatların və gənclərin bu prosesdəki rolunun vacibliyi vurğulanıb.
Azərbaycan solunun hələ də Sovet ənənəsinin avtoritarlığına bağlı olduğunu qeyd edən Elmir Abbasov, yenilənməyin, dövrlə ayaqlaşmağın və müasir problemlərin həllinə yönəlik sol vizion yaratmağın vacibliyini vurğulayıb.