İki N!DA üzvü saxlanılıb - 6 mart 2024

06/03/2024

6 mart 2024-cü il tarixində “Toplum TV” İnternet media qurumunun və “III Respublika” Platformasının ofisinə polislər tərəfindən edilən basqın zamanı Nida Vətəndaş Hərəkatının iki üzvü – Elmir Abbasov və Araz Əliyev də qanunsuz şəkildə saxlanılıb.

Üzvlərimizdən Araz Əliyev sərbəst buraxılsa da, Elmir Abbasovun evində axtarış aparılmış və ona da əsassız ittihamlarla cinayət işi açılmışdır. Elmir Abbasov həmçinin Toplum TV-nin əməkdaşıdır.

Elmir Abbasov quru aclığa başladığını elan etdikdən sonra polis nəzarətində olması şərti ilə sərbəst buraxılıb.