"İstiqlaliyyət" abidəsini ziyarət - 28 may 2023

28/05/2023

28 May 2023-cü il tarixində N!DA Vətəndaş Hərəkatının bir qrup üzvü "İstiqlaliyyət" abidəsini ziyarət etmişdir.

28 May Azərbaycan tarixində respublika dəyərlərinin təməllərinin atıldığı, çarlığın və xanlığın sıradan çıxarıldığı, istiqlaliyyətin əldə edildiyi gündür. Bu mötəbər gün münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini hörmətlə anırıq.

N!DA Vətəndaş Hərəkatı olaraq Cümhuriyyətin bizlərə miras buraxdığı dəyərləri keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də yaşatmağı özümüzün əsas vəzifəsi hesab edirik.

İnsanlara hürriyyət, millətlərə istiqlal!