Küçə sorğusu: Formula-1-in Bakıda keçirilməsinə münasibət - 25 aprel 2023
N!DA Vətəndaş Hərəkatı şəhər sakinlərinin "Formula-1"-in Bakı şəhərində keçirilməsinə münasibəti barədə sorğu keçirib.
Sorğuda iştirak edən vətəndaşların "Formula-1" yarışları barədə fikirlərinin birmənalı olaraq mənfi olduğu, bu yarışların ictimai nəqliyyatın hərəkətinə və sakinlərin həyat tərzinə mənfi təsir göstərdiyi açıq şəkildə görünür.
Lakin Azərbaycan hakimiyyəti vətəndaşların bütün etirazlarına rəğmən "Formula-1" yarışlarının qarşıdakı illərdə də keçirilməsinə çalışır. Bu yarışların faydası, hər il təkrar-təkrar keçirilməsinin gətirdiyini "uğurlar" barədə isə hər hansı ictimai hesabat təqdim edilmir.
Müəyyən bir zümrənin eqzotik əyləncəsi xətrinə bir ay ərzində minlərlə şəhər sakinin hərəkəti məhdudlaşdırılır, vətəndaşlar dəmir barmaqlıqlar ardına məhkum edilir.
Sorğunun video görüntüsü: