N!DA-çı fəal Mete Türksoy həbs edilib - 31 oktyabr 2024
N!DA Vətəndaş Hərəkatının üzvü Mete Türksoy 1 noyabr 2024-cü il tarixində saat 19:00 radələrində Gənclik metrosunda metropoliten polisi ilə anlaşmazlıq yaşayıb və Nizami polis şöbəsinə aparılıb. Həmin gün axşam Mete Türksoy ilə əlaqə saxlamaq mümkün olub, o hər şeyin yaxşı olduğunu, saxlanımasına səbəb kimi polislə anlaşmazlıq yaşamasını təsdiqləyib. İzahat yazdığını bildirib.
Daha sonra axşam saatlarında Nizami polis şöbəsi tərəfindən Mete Türksoyun 510 və 535.1 maddələri ilə məhkəməyə çıxarılacağı barədə məlumat verilib.
Mete Türksoy 31 oktyabrda Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbsə məhkum edilib. Mete Türksoyun qeyri-siyasi səbəblərlə başlayan saxlanılması prosesi onun kimliyi və ictimai fəaliyyəti müəyyən edildikdən sonra açıq şəkildə siyasi rəng alıb.
Mete Türksoy İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələri üzrə təqsirli bilinərək, ailəsinə, vəkilinə və yaxınlarına məlumat verilmədən məhkəməyə çıxarılıb və mühakimə olunub.
N!DA Vətəndaş Hərəkatı Mete Türksoyun qeyri-siyasi səbəblərlə başlayan saxlanılması prosesinin siyasi rəng aldığını, onun ictimai və siyasi fəaliyyəti, son dövrlərdə yazdığı statuslar və yaxın gələcəkdəki planlarının ona qarşı bu cür rəftarın əsas səbəbi olduğunu bəyan edib.