N!DA - Əsgər ölümləri ilə bağlı rəsmi mövqe - 25 yanvar 2023

25/01/2023

1. Noyabrın 29-da DSX-nın Qazax Əlahiddə Sərhəd Divizyasının hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünü öldürüb.

2. Dekabrın 5-də Müdafiə Nazirliyinin Qubadlıda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Elnur Ağazadə oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.

3. Dekabrın 10-da silahla davranış qaydalarının pozulması nəticəsində DSX-nın Qazax Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu vəfat edib.

4. Dekabrın 14-də Müdafiə Nazirliyinin Ağdam N saylı hərbi hissəsinin hərbiçisi, Lənkəranın Liman şəhər sakini Əsgərli Aslan Əkbər oğlunun silahdan atəş açmaqla özünü öldürüb.

5. Yanvarın 9-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

6. Yanvarın 25-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlu, odlu silahdan atəş açaraq özünü öldürüb.

Son aylarda qeyri-döyüş şəraitində əsgər ölümlərində ciddi atım olduğu, vəfat edən hərbi qulluqçular arasında isə özünə xəsarət yetirmə və intihar hallarının daha yüksək olduğu müşahidə olunur.

Ordudakı ardıcıl ölümlər haqlı olaraq şübhələrə və spekulyativ məlumatların yayılmasına səbəbiyyət verir.

Özünü güllələmə halları orduda əsgərlərlə işin çox zəif aparıldığını və idarəolunmaz hala çatdığını, baş verən ölümlərin səbəbinin ictimaiyyətdən məqsədli şəkildə gizlədildiyini göstərir. Sual olunur: Müdafiə Nazirliyinin müvafiq sahə üzrə məsuliyyətli şəxsləri hara baxır? Nə iş görürlər?

N!DA Vətəndaş Hərəkatı olaraq şübhəli əsgər ölümləri barədə ictimaiyyətin düzgün şəkildə məlumatlandırılmasını və yeni ölümlərin qarşısının alınmasını, profesional orduya keçidin tezləşdirilməsini tələb edirik !