N!DA İdarə heyəti üzvü həbs edilib - 22 iyun 2024

22/06/2023

N!DA Vətəndaş Hərəkatı İdarə Heyəti üzvü Elmir Abbasov Daxili İşlər Nazirliyi tərəfindən 21 iyun 2023-cü il tarixində axşam saatlarında oğurlanıb. Onun güya ictimai asayişi pozduğu iddia edilib.

Əsl səbəb isə Elmir Abbasovun Gədəbəyin Söyüdlü kəndində yaşlı qadınlara gözyaşardıcı qaz püskürdən polisləri təndiq etməsi olub. O, polisləri "əxlaqsız insan" adlandırıb. Bu ifadələr onun həbsinin əsas səbəbləridir.

22 iyun 2023-cü il tarixində N!DA Vətəndaş Hərəkatı İdarə heyəti üzvü Elmir Abbasov Gədəbəy hadisələrində zorakılıq törədən polisləri təndiq etdiyi üçün 20 sutka müddətində həbs edilib.

23 iyun 2023-cü il tarixində, Elmir Abbasovun həbsindən sonra polis digər NİDA-çıların da ovuna çıxıb. Artıq bir neçə N!DA üzvü polisə çağrılıb və onlarda Elmir Abbasovla bağlı paylaşımları səhifədən silmələri tələb edilib.