N!DA keçmiş İdarə heyəti üzvü həbs edilib - 24 dekabr 2023
23 dekabr 2023-cü il tarixində NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Araz Əliyev mülki geyimli şəxslər tərəfindən oğurlanıb. 24 saat onun barəsində məlumat almaq mümkün olmayıb. 24 dekabr günorta saatlarında Nizami Rayon Məhkəməsinin qərarı ilə 25 gün müddətində inzibati qaydada həbs edilib.
Onun həbsi ilə bağlı N!DA Vətəndaş Hərəkatı bəyanat yayımlayıb.
Bəyanatda deyilir: "Hökümətin “repressiya maşını” bu gün NİDA Vətəndaş Hərəkatına da çatdı.
Və bu gün Araz Əliyev 25 gün müddətinə inzibati qaydada həbs edilib. Bu həbsin qanunsuz və əsassız olduğunu bir daha bildirmək istəyirik. Araz bəy mədəni, intellektual bir şəxsdir. Onun ictimai-siyasi fəaliyyəti və mövqeyi bu qanunsuz həbsi əsassız hesab etməyə əsas verir.
Hərəkat olaraq uzun illərdir tanıdığımız, çiyin-çiyinə mübarizə apardığımız Araz Əliyevə qarşı irəli sürüləcəк istənilən ittihamın saxta olduğunu bildirir, bu həbslərin məqsədyönlü şəkildə aparılan “prosesin” bir parçası olduğunu bildiririk.
NİDA Vətəndaş Hərəkatı olaraq həmçinin ictimaiyyətin diqqətinə çatdırırıq ki, ölkədəki mövcud avtoritar rejim tərəfindən aparılan təyziqlər, təqiblər, həbslər heç bir halda hərəkatımızın fəaliyyətinə təsir etməyəcəkdir.
Hakimiyyətin repressiya siyasətini qınayır və pisləyirik. Bu siyasətin durdurulmasını tələb edirik!
NİDA Vətəndaş Hərəkatı olaraq Araz Əliyevin ailəsi və dostları ilə həmrəy olduğumuzu, bundan sonrakı bütün mərhələlərdə ona dəstək olacağımızı qeyd edirik."