N!DA konfransı baş tutub - 18 noyabr 2024

18/11/2023

18 noyabr 2024-cü il tarixində N!DA Vətəndaş Hərəkatının növbədənkənar konfransı baş tutumuşdur. Konfransda Hərəkatın idarəetmə strukturu və gələcək vizyonu ilə bağlı önəmli qərarlar qəbul edilmiş, yeni üzv olmuş şəxslərin təqdimatı keçirilmişdir.

Konfrans nəticəsində Hərəkatının İdarə heyəti sayının 3-ə endirilməsi və İH-nin "formal" qurum kimi fəaliyyət göstərməsi məsələsində razılıq əldə edilmişdir. Seçkili qurumlarda boş qalmış yerlər üçün seçkilər keçirilmiş, yeni İH-nin tərkibi müəyyənləşdirilmişdir.

Konfrans zamanı N!DA Vətəndaş Hərəkatının yeni vizyon sənədi üzvlərə təqdim edilmişdir. Vizyon sənədinə əsasən N!DA Vətəndaş Hərəkatının öz gələcək fəaliyyətini 3 təməl istiqamət üzrə quracağını bəyan edilmişdir:

1. "Sərt avtoritarizmə qarşı azadlıq"
2. "Elita yaratmaq məqsədilə maarifçilik"
3. "Yenidən N!DA"

N!DA Vətəndaş Hərəkatı  yenilənən və gələcəyə yönəlik vizyon təklif edən yanaşmamızla fəaliyyətimizi daha effektiv formada davam etdirəcəyini bildirib..