N!DA - "Müharibəyə yox!" çağırışı - 7 sentyabr 2023
Son günlər Azərbaycan və Ermənistan arasında gərginliyin artması regionda yeni toqquşma riskini sürətləndirir. Tərəflərin açıqlamaları uzun müddətdir ki, gözlənilən sülh müqaviləsinə maraqlı olmadıqlarını, əksinə revanşizmə və yenidən güc nümayişinə can atdıqlarını göstərir.
N!DA Vətəndaş Hərəkatı olaraq yeni hərbi toqquşmaların bütün region üçün təhlükəli olduğunu, xalqlar arasında qarşılıqlı nifrəti artıracağını və sülh istiqamətində bu vaxtadək görülən işlərə zərbə vuracağını xatırladırıq.
Hər iki tərəfi mövcud vəziyyətdə rasional addımlar atmağa, üçüncü tərəflərin geosiyasi maraqlarının qurbanı olmamağa və problemləri beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həll etməyə çağırırıq.
Separatizm və etnik ayrıseçkilik meyllərini kəskin şəkildə tənqid edir, qarşılıqlı inteqrasiya və dinc birgəyaşayışa səsləyirik. #nowar