N!DA-nın fəaliyyəti Türkiyə mətbuatında - 13 oktyabr 2021

14/10/2021

13 oktyabr 2021-ci il tarixində "Siyasi motivli həbslərə və Respublika Gününün dəyişdirilməsi"nə etiraz olaraq YAP-ın mərkəzi binası önündə NİDA Vətəndaş Hərəkatı, D18 Hərəkatı və bir sıra müstəqil fəalların təşkil etdiyi etiraz aksiyası baş tutub. Aksiya nəticəsində NİDA Vətəndaş Hərəkatının İdarə heyəti üzvü Elmir Abbasov Səbail rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.

Aksiyaya Türkiyədəki siyasi təşkilatlar tərəfindən də dəstək verilib və işıqlandırılıb. Belə ki, ictimai fəalların etirazları və aksiya zamanı məruz qaldıqları zorakılıqlar Türkiyədə fəaliyyət göstərən "Meydan" qazeti tərəfindən ictimailəşdirilib. Qəzet aksiya haqqındakı məlumatı "Azerbaycanda baskı və tutuklamalara karşı eylem: 6 gözlatı" başlığı ilə dərc edib.

https://meydan1.org/2021/10/13/azerbaycanda-baskilar-ve-tutuklamalara-karsi-eylem-6-gozalti/