N!DA Sumqayıtda "Seçki kampaniyasına" dəstək verib - 15 avqust 2024
5-10 avqust tarixlərində 42 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd olan Şəfəq Mayılova ilə onun seçki kampaniyasına dəstək olmaq məqsədilə görüş keçirilib və ilkin müzakirələr aparılıb.
Əldə olunan nəticəyə əsasən N!DA üzvlərindən ibarət komandanın Şəfəq Mayılovanın seçki kampaniyasının təşkilində aktiv iştirak etməsi və dəstək verməsi razılışdırılıb.
Seçki kampaniyası ərzində namizədin gərgin iş rejimi ilə əlaqədar olaraq dairə ərazisində gəzinti və seçicilərlə görüşlərə 16 avqust tarixində başlanılıb. Həmin gün N!DA üzvləri namizədlə birgə dairəni gəzib, video və foto çəkilişlər həyata keçirib. Materiallar əsasında sosial şəbəkələr üçün 3 video kontent hazırlanıb və paylaşılıb.
19 avqustda namizədin seçki platforması ilə bağlı videolar çəkilib və sosial şəbəkələrdə paylaşılıb.
19 avqustda N!DA üzvlərinin iştirakı ilə posterlərin dairə ərazisində nəzərdə tutulmuş ərazilərdə yapışdırılmasına başlanılıb.
21 avqust tarixində Bakıda namizəd üçün təqdimat videosu çəkilib. Video montaj olunub, daha sonra sosial şəbəkələrdə paylaşılıb. Seçki kampaniyası ərzində ən çox reaksiya alan video kontent olub.
23 avqust tarixindəN!DA üzvlərinin iştirakı ilə dairə ərazisində posterlərin yapşdırılması işi yekunlaşdırılıb. Nəzərdə tutulmuş məntəqələrə namizədin posterləri yapışdırılıb.
26 avqust tarixində namizədin dairə ərazisində növbəti gəzintisi və seçicilərlə görüşü baş tutub. Video və foto çəkiliş aparılıb. Görüntülər əsasında namizədin ikinci təqdimat videosu hazırlanıb və paylaşılıb.
28 avqust tarixində namizədin dairə ərazisində sayca üçüncü gəzintisi baş tutub. Görüşdə
namizədlə yanaşı N!DA üzvləri də iştirak ediblər. Namizədlə birgə dairə ərazisində gecəyədək flayerlər paylanıb, video və foto çəkilişlər edilib. Görüntülər əsasında namizədin üçüncü və gecə çəkilişlərindən ibarət dördüncü təqdimat videoları hazırlanıb və paylaşılıb.
29 avqustda N!DA üzvlərinin iştirakı ilə namizədlə birgə dairə ərazisində sonuncu gəzinti keçirilib Meqafonla
gecə saatlarına qədər əhaliyə çağırışlar edilib.