N!DA üzvü həbs edilib - 20 sentyabr 2023

20/09/2023

20 sentyabr 2023-cü ildə N!DA üzvü, ictimai fəal Nemət Abbasov Nərimanov rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətində inzibati həbs cəzası alıb. 

Nemət Abbasov müharibə əleyhinə paylaşımlarına görə həbs olunub. Baxmayaraq ki, Nemətin özü də 2020-ci ildə müharibə iştirakçısı olub, lakin o müharibə əleyhinə çıxır, paylaşımlar edir və buna görə də cəzalandırılıb.

N!DA Vətəndaş Hərəkatı üzvlərinə qarşı həyata keçirilən təqiblərin dərhal solandırılmasını, qanunsuz və əsassız həbslərin dayandırılmasını tələb edib.