N!DA üzvü həbs edilib - 21 sentyabr 2023
21/09/2023
21 sentyabr 2023-cü ildə N!DA üzvü, jurnalist Nurlan Qəhrəmanlı Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətində inzibati həbs cəzası alıb.
Nurlan Qəhrəmanlı sosial şəbəklərdə müharibə əleyhinə paylaşımlarına görə təqib edilib və həbs olunub.
Xatırladaq ki, 1 gün əvvəl də digər N!DA üzvü Nemət Abbasov da müharibəyə qarşı çağırışları səbəbilə həbs edilib. N!DA Vətəndaş Hərəkatı üzvlərinə qarşı həyata keçirilən təqiblərin dərhal solandırılmasını, qanunsuz və əsassız həbslərin dayandırılmasını tələb edib.