N!DA Vətəndaş Hərəkatı 11 il! - 4 fevral 2022

04/02/2022

N!DA Vətəndaş Hərəkatı

N!DA 2011-cilin fevralın 4-də bir qrup gənc tərəfindən Bakıda yaradılmışdır.

Hərəkatın məqsədləri: Azərbaycan cəmiyyətinin konstitusion əsaslarının, demokratik və respublika dəyərlərinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin demokratikləşdirilməsi; İctimai-siyasi proseslərə vətəndaşların, xüsusilə gənclərin və tələbələrin cəlb edilməsi və onların bu proseslərə təsirinin artırılması.

2011-ci il

2011-ci il 4 fevral – Bir qrup gəncin təşəbbüsü ilə N!DA Vətəndaş Hərəkatı yaradılıb.

2011-ci il 17 aprel – N!DA Vətəndaş Hərəkatı Bakının mərkəzində etiraz aksiyası.

2011-ci il 13 oktyabr – N!DA Vətəndaş Hərəkatı yeni veb saytının təqdimatını keçirib.

2011-ci il 8 dekabr – Bakıda qiymət artımına etiraz olaraq stiker aksiyası təşkil olunub.

2011-ci il 13 dekabr – N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə “Kitab oxumağı necə təbliğ etmək olar?” adlı tədbir təşkil edilib.

2012-ci il

2012-ci il 17 mart – N!DA Vətəndaş Hərəkatı Gənclərin Hüquqlarının Müdafiəsi Komitəsinin təşkil etdiyi aksiyada iştirak edib. Aksiyada hərəkatın üzvü Etibar Salmanlı 5 gün müddətinə azadlıqdan məhrum edilib.

2012-ci il 2 may – N!DA Vətəndaş Hərəkatı tərəfindən Bakının mərkəzində növbəti stiker aksiya təşkil olunub.

2012-ci il 14 iyul - N!DA Vətəndaş Hərəkatı tərəfindən “Landmark” hoteldə siyasi məhbuslar və sərbəst toplaşmaq azadlığı ilə bağlı hesabatın təqdimatı keçirilib.

2012-ci il 28 sentyabr – N!DA Vətəndaş Hərəkatı İH üzvü Zaur Qurbanlı fəaliyyətinə görə 15 gün müddətinə azadlıqdan mıhrum edilib.

2013-ci il

2013-cü il 12 yanvar – Bakı şəhərinin mərkəzində Fəvvarlər meydanında “Əsgər ölümlərinə son” etiraz aksiyası keçirilib.

2013-cü il 26 yanvar – Bakının mərkəzində İsmayıllıdakı etiraz hadisələrinə dəstək aksiyası təşkil olunub.

2013-cü il 19 fevral – N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə “Azərbaycan 2013: sağ və sol baxışlar” mövzusunda debat təşkil olunub.

2013-cü il 10 mart – Bakı şəhərinin mərkəzində Fəvvarlər meydanında “Əsgər ölümlərinə son” aksiyası keçirilib. 10 mart aksiyasından sonra N!DA Vətəndaş Hərəkatı üzvləri Zaur Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Bəxtiyar Quliyev, Məhəmməd Əzimov, Şahin Novruzlu həbs olunublar. Onlarla birgə Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə də həbs olunub. İlkin Rüstəmzadə həbsdə olduğu dövrdə N!DA Vətəndaş Hərəkatı sıralarına qoşulub.

2013-cü il 15 iyul – Azad Gənclik Təşkilatının üzvləri Ülvi HəsənliMəcid Mərcanlı, N!DA üzvü Kənan Qasımlı 15 gün müddətinə həbs olunublar. Ülvi Həsənli və Məcid Mərcanlı daha sonra NİDA Vətəndaş Hərəkatına qoşulublar.

2014-cü il

2014-cü il 13 yanvar – N!DA Vətəndaş Hərəkatı Elephant productionla birgə “5 fəsil” adlı filmi təqdim edib. Film son 5 fəsil ərzində ölkədə baş verən hadisələrdən xəbər verir.

2014-cü ilin 14 aprel – Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məhəmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin 15 iyun – N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə Robert Helvey “Strateji dinc mübarizə” əsərinin təqdimatı keçirilib.

2014-cü il 15 avqust - N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə Qarabağ mövzusunda debat-müzakirə təşkil olunub. (lektorlar: Mehman Əliyev, Erkin Qədirli)

2014-cü ilin 11 noyabr – N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə “İlk öncə siyasi, yoxsa mədəni dəyişikli?” adlı tədbir təşkil olunub. (lektorlar: Nicat Qarayev, Yalçın İslamzadə, Əli Novruzov)

2014-cü il 7 dekabr – N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə “Neftdən asılı büdcəmiz 2015” adlı debat müzakirəsi təşkil olunub. (lektorlar: Məhəmməd Talıblı, Natiq Cəfərli)

2014-cü il 21 dekabr – N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə “Azərbaycanda siyasi biganəlik və vətəndaş etinasızlığı” adlı tədbir təşkil olunub. (lektorlar: Erkin Qədirli, Şahvəld Çobanoğlu)

2015-ci il

2015-ci il 2 may – N!DA Vətəndaş Hərəkatı tərəfindən çex yazıçısı, dissidenti və dövlət xadimi Vatslav Havelin “Susqunluğun anatomiyası” kitabının təqdimatı keçilirib. Kitab N!DA Vətəndaş Hərəkatı tərəfindən tərcümə və çap edilib.

2015-ci il 6 iyun – N!DA Vətəndaş Hərəkatı tərəfindən Siyasi məhbus ailələrinə dəstək məqsədilə 2 günlük kitab yarmarkası keçirilib.

2015-ci il 13 noyabr - N!DA Vətəndaş hərəkatının təşkilatçılığı ilə büdcə müzakirəsi ilə bağlı tədbir keçirilib.(lektorlar: Natiq Cəfərli, İlham Şaban) (link)

2016-cı il

2016-cı ilin 14 fevral - N!DA Vətəndaş hərəkatının təşkilatçılığı ilə “Sistem dəyişikliklərindən sonra aprılmalı olan islahatlar” adlı təbir keçirilib. (link)

2016-cı ilin 13 mart – N!DA Vətəndaş hərəkatının təşkilatçılığı ilə Səhər Dilicaninin “Cakaranda ağacının uşaqları” əsərinin təqdimatı keçirilib. Kitab jurnalist Xədicə İsmayıl tərəfindən tərcümə edilib.

2016-cı il 24 aprel - N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsi və son hərbi əməliyyatlar” adlı tədbir keçirilib. (lektorlar: Elxan Şahinoğlu, Səməd Rəhimli)

2016-cı il 10 may – Qiyas İbrahimov Bayram Məmmədov keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” şuarı yazdıqları üçün həbs olunublar. 2016-cı ilin oktyabrında onların hər biri 10 il müddətində azadlıqdan məhrum edilib.

2016-cı il 12 avqust – N!DA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman siyasi motivlərlə həbs olunub. O, 2017-ci il 16 yanvar tarixində 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2016-cı il 12 sentyabr – N!DA nümayəndə heyəti ATƏT-in illik toplantısında iştirak edib. (link)

2016-cı ilin 11 dekabr – N!DA Vətəndaş Hərəkatı tərəfindən Rişard Kapuşinskinin “Şahənşah” kitabının təqdimatı keçirilib. Kitab hərəkatın üzvü, keçmiş siyasi məhbus Rəşadət Axundovun tərcüməsində yayımlanıb.

2017-ci il

2017-ci il 28 avqust – Sosial şəbəkələrdə 4 günlük siyasi məhbuslara dəstək aksiyası

2017-ci il 17 oktyabr - N!DA Vətəndaş hərəkatının təşkilatçılığı ilə “Nümayəndəlik institutunun ləğvi: vətəndaşları kim müdafiə edəcək” adlı tədbir keçirilib. (link)

2017-ci il 19 oktyabr – N!DA Vətəndaş Hərəkatı tərəfindən “N!DA-çı məhbusların həyatı təhlükədə” adlı tədbir keçirilib. (link)

2017-ci il 26 oktyabr – N!DA Vətəndaş Hərəkatı üzvü Ülvi Həsənli hərbi polis tərəfindən saxlanılaraq zorla hərbi xidmətə göndərilib.

2017-ci il 6 noyabr – N!DA Vətəndaş Hərəkatı tərəfindən Azərbaycan AŞPA münasibətləri ilə bağlı tədbir keçirilib. (link)

2017-ci il 14 noyabr – N!DA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərli siyasi fəaliyyətinə görə 15 gün müddətinə azadlıqdan məhrum edilib.

2017-ci il 12 dekabr – N!DA Vətəndaş Hərəkatı tərəfindən “Şiddətsiz bir gün: Qadın hüquqalrı və problemlər” adlı tədbir keçirilib. (link)

2018-ci il

2018-ci il 4 fevral – N!DA Vətəndaş Hərəkatı 7 illiyini xüsusi tədbirlər qeyd edib. (link)

2018-ci il 13 may – N!DA Vətəndaş Hərəkatı tərəfindən “Sosial şəbəkələr və demokratik hərəkatlar” adlı tədbir keçirilib.

2018-ci il 20 may - N!DA Vətəndaş Hərəkatı tərəfindən “Azərbaycan Cümhuriyyəti – 100” adlı intellektual yarış təşkil olunub. (link)

2018-ci il 22 may – N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə jurnalist və hüquq müdafiəçisi İntiqam Əliyevin “Meydan” kitabının təqdimatı keçirilib.

2018-ci il 29 may – N!DA Vətəndaş Hərəkatının üzvü, jurnalist Əfqan Muxtarlı Gürcüstanın Tbilisi şəhərində oğurlanaraq Azərbaycana gətirilib. O, siyasi fəaliyyəti səbəbi ilə 6 il müddətində azadlıq məhrum edilib.

2018-ci il 2 avqust – N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə siyasi məhbuslarla bağlı tədbir keçirilib (İlkin Rüstəmzadə və Qiyas İbrahimovun doğum günləri münasibətilə). (link)

2019-cu il

2019-cu il 12 avqust - N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə Müsavat partiyasının üzvü Elman Fəttahın müəllifi olduğu “Yeni-avtoritarizm və Azərbaycan” kitabının təqdimatı keçirilib.

2019-cu il 6 noyabr – N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə “Azərbaycanda sərbəst toplaşmaq azadlığı” adlı tədbir təşkil edilib.

2019-cu il 25 dekabr – N!DA Vətəndaş Hərəkatının təşəbbüsü ilə müstəqil namizədlər və digər siyasi təşkilatların təmsilçilərinin daxil olduğu “Hərəkət” seçki bloku yaradılıb. Seçki bloku 2020-ci ilin fevralında baş tutan parlament seçkilərində fəal iştirak edib. N!DA Vətəndaş Hərkatından Turqut Qəmbər, Ülvi Həsənli, Əli Zeynal, Rəbiyyə Məmmədova, Elgiz Qəhrəman namizədliyini irəli sürüblər. İlkin Rüstəmzadənin namizədliyi isə qəbul edilməyib.

2019-cu ilədək N!DA Vətəndaş Hərəkatı tərəfindən Çeslav Miloşun “Kölə edilmiş ağıl”, “Yeddi məhkumun hekayəsi”, “Aktivistin cib kitabçası” kitabları da çap edilib.

Bu illər ərzində N!DA Vətəndaş Hərəkatı tərəfindən gənclərin müxtəlif siyasi və ictimai mövzularda maarifləndirilməsi ilə bağlı “Alternativ Təhsil Platforması” adlı təlim sessiyaları həyata keçirilib. Bu sessiyalar bu gün də davam etdirilir.

2021-ci il

2021-ci il 19 fevral  – N!DA İH üzvü Elmir Abbasov sosial şəbəkələrdə prezidenti tənqid edən status yazdığına görə 30 gün müddətinə həbs olunub. (link)

2021-ci il 5 mart - N!DA İH üzvü Rəbiyyə Məmmədova Polis Akademiyasında təşkil olunan "Məişət zorakılığı" adlı ictimai müzakirədə N!DA-nın tələblərini səsləndirib. Elmir Abbasovun qanunsuz həbsi, qadın haqqları istiqamətində hökümətin fəaliyyətsizliyi sərt şəkildə tənqid olunub.

2021-ci il 25 avqust – Bakıda “Qadın qətlləri siyasidir” adlı stiker-aksiya təşkil olunub. Şəhərin mərkəzi küçələrində 500-dən çox stiker yapışdırılıb. (link)

2021-ci ilin 13 oktyabr – NİDA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə hakim Yeni Azərbaycan Partiyasının qərargahı qarşısında “Siyasi fəalların həbsinə” və “Respublika günün dəyişdirilməsinə” etiraz olaraq aksiya başa tutub. Aksiya nəticəsində N!DA İH üzvü Elmir Abbasov 30 gün müddətinə həbs olunub. (link) Siyasi fəalların həbs olunması ilə bağlı xəbərlərin N!DA ilə əməkdaşlıq çərçivəsində Türkiyə mətbuatında işıqlandırılması təmin edilib. 

2021-ci il 23 noyabr – Bakı, Lənkəran və Sumqayıt şəhərlərində “Saleh Rüstəmliyə azadlıq” şüarı ilə stiker-aksiya təşkil olunub. Hər 3 şəhərdə mərkəzi yerlərə və dövlət binalarına 1000-dən çox stiker yapışdırılıb.

2021-ci ilin dekabr - N!DA Vətəndaş Hərəkatı və bir qrup siyasi təşkilatın ortaq təşəbbüsü ilə "Saleh Rüstəmlinin Hüquqlarının Müdafiə Komitəsi" yaradılıb. Komitə tərkibində Saleh Rüstəmlinin azad olunması və aclıq aksiyası ilə bağlı silsilə müzakirələr keçirilib. İctimaiyyətə açıq müraciətlər və 2 imza kampaniyası həyata keçirilib. (link)