N!DA Vətəndaş Hərəkatı "Bakı qətliamına son!" aksiyasında - 15 iyun 2021

15/07/2021

15 iyul tarixində bir qrup gənc "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin qarşısındakı aksiya təşkil ediblər. Aksiyanın məqsədi sahibsiz itlərin "Toplan" adlı dövlət qurumu tərəfindən müxtəlif yollarla öldürülməsi və heyvan haqlarının kobud şəkildə pozulmasına etiraz etmək olub. "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzini qeyri-şəffaf fəaliyyətdə günahlandıran fəallar mərkəzin qarşısında "Bakı qətliamına son" adlı etiraz aksiyası keçiriblər.

Aksiyada iştirak edən ictimai fəallar, o cümlədən N!DA Vətəndaş Hərəkatının üzvləri Elmir Abbasov və Fərid Cabbar, saxlanılaraq polis bölməsinə aparılıb və 2 saat sonra hər biri 400 manat məbləğində cərimə edilərək sərbəst buraxılıblar.

N!DA Vətəndaş Hərəkatı gənc fəallara qarşı haqsız cərimələrin ödənilməsinə köməklik etmək məqsədi ilə ianə kampaniyası başladıb.