N!DA Vətəndaş Hərəkatı çağırış edir ! - 5 avqust 2021

05/08/2021

Bu gün Xəzər RPİ-də Sevinc Məhərrəmovanın vəhşicəsinə öldürülməsinə etiraz edən bir sıra fəallar və jurnalistlər polis tərəfindən zorakılığa məruz qalıb və təhqir olunub.

Əgər sabah günortaya qədər Xəzər RPİ-dəki zorakılıq göstərən şəxslərə qarşı hansısa ciddi cəza tədbiri görülməzsə, baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verilməzsə, N!DA Vətəndaş Hərəkatı üzvləri olaraq etiraz səsimizi ucaldacağıq!

Bu gün qızlara söydüklərini, etdiklərini bizə də etmələri, oxşar sözləri bizə də deməkləri tələbi ilə sabah günorta idarənin qabağında olacağıq !

N!DA Vətəndaş Hərəkatı olaraq hər kəsi Sevinc Məhərrəmovanın qətlinə və qadına qarşı zorakılığa susmamağa çağırırıq !

Qeyd edək ki, dünən Sevinc Məhərrəmova əri Füzuli Rzayev tərəfindən başı kəsilərək öldürülüb. Əgər hüquq mühafizə orqanları işlərini normal görsəydi, Sevinc Məhərrəmova bu gün yaşayırdı və övladlarının yanında idi.

Lakin o, apardığı mübarizəyə rəğmən həyatda deyil. Bunun səbəbkarı isə həmin cani şəxsi həbs etməyən məhkəmə, davamlı olaraq işi gecikdirən polisdir !

N!DA Vətəndaş Hərəkatının İdarə heyəti