N!DA Vətəndaş Hərəkatı ekologiya ilə bağlı fokus-qrup müzakirədə iştirak edib - 31 mart 2023

31/03/2023

31 mart 2023-cü il tarixində "Artikl 54 İctimai Birliyi" tərəfindən 31 mart tarixində “Ətraf mühit problemlərinin həllində vətəndaş iştirakçılığının artırılması” mövzusunda fokus-qrup müzakirəsi təşkil olunub. Müzakirədə ekotəşəbbüslər, ictimai fəallar və digər təşkilatlar iştirak edib.

Müzakirədə N!DA Vətəndaş Hərəkatını Hüseyn İlqaroğlu və İlkin Hüseynov təmsil edib, ətraf mühit problemləri ilə bağlı N!DA  tərəfindən hazırlanmış təklif paketi barədə məlumat verilib.