N!DA Vətəndaş Hərəkatı heyvansevərlərin aksiyasında - 6 avqust 2021

06/08/2021

Avqustun 6-da Bakıda bir qrup heyvansevər fəal şəhərin mərkəzi küçəsində etiraz aksiyası keçirib.

Fəallar, aksiyaya səbəbin sahibsiz heyvanlara olan pis münasibət olduğunu qeyd ediblər. Əvvəlcə aksiya iştirakçılarının məqsədi qırmızı boyalı geyimlə mərkəzi küçədə yürüş etmək olub. Onlar bu yolla insanlara Azərbaycanda sahibsiz heyvanlara olan münasibəti göstərmək istəyiblər.

Aksiyada N!DA Vətəndaş Hərəkatı İdarə heyəti səviyyəsində təmsil olunub və heyvansevər fəallara dəstək nümayiş etdirib. Aksiya zamanı heyvansevər aktivistlər Kamran Məmmədli, Nicat İsmayılov, Elxan Mirzəyev və NİDA İdarə heyəti üzvü Elmir Abbasov saxlanılıblar. Məlumata görə, fəallar 9-cü polis bölməsinə aparılıb, daha sonra sərbəst buraxılıblar.