N!DA Vətəndaş Hərəkatı: LGBTQİ+ fərdlərinə qarşı zorakılıq dayandırılsın! - 9 iyun 2021
Son günlərdə Azərbaycanda LGBTİQ+ inklüzivlərinə qarşı zorakılıq aktları törədilir. 2 həftəyə yaxındır ki, şəhərin mərkəz küçələrdə LGBTİQ+ inklüzivlərinə qarşı ard-arda fiziki və psixoloji təzyiq göstərilib, onlar ölümlə və soyuq silahla hədələnirlər. Evlərinə hücumlar edilir, küçədə onlara fiziki xəsarət yetirilir. Bəzi hallarda zərərçəkmiş şəxslərə tibb işçilər tərəfindən məqsədli şəkildə tibbi yardımın göstərilməsində imtina olunur.
Bu şəxslər gender və cinsi orientasiyalarına görə təzyiqlərə məruz qalır və hədələnirlər. N!DA Vətəndaş Hərəkatı olaraq hər insanın gender və cinsi orientasiyasından asılı olmadan eyni hüquqlara malik olduğunu xatırladır və tələb edirik:
Hər insanın öz gender və orientasiyasında özünü ifadə etmə azadlığı tanınmalıdır.
Gender və cinsi orientasiyasından asılı olayaraq hər bir insanın hüquqları qorunmalı və təminat altına alınmalıdır.
Gender və cinsi orientasiya insanların yaşamaq, iş və söz azadlığı başda olmaqla insan hüquqlarından irəli gələn bütün hüquqlarının təmin olunmasına əngəl törətməməlidir.
Gender ayrıseçkiliyi başda olmaqla ayrıseçkiliyin istənilən forması qadağan olunmalıdır.
Cəmiyyətdə istər gender ayrı-seçkiliyi, istərsə də digər qruplara qarşı ayrı-seçkilik edənlər, onlara fiziki və ya psixoloji təzyiq göstərənlər və oxşar davranış sərgiləyən şəxslər cəzalandırılmalıdır.