N!DA Vətəndaş Hərəkatının Şəhidlər xiyabanı ziyarəti - 20 yanvar 2023

20/01/2023

N!DA Vətəndaş Hərəkatının üzvləri 20 yanvar 2023-cü il tarixində "Ümumxalq hüzn günü" münasibətilə Şəhidlər xiyabınını ziyarət etmişdir. 

N!DA Vətəndaş Hərəkatının 20 yanvar günü ilə ilə bağlı rəsmi mövqeyi:

"20 yanvar hadisələri totalitar rejimin əliyalın mülki əhaliyə qarşı törətdiyi amansız qətliamın sübutu, müstəqil Azərbaycan tarixinin qanlı səhifələrindən biridir.

20 yanvar hadisələri ilə yanaşı, bu hadisələr üçün zəmin hazırlanması, mülki obyektlərə hərbi müdaxiləni əsaslandıracaq proseslərin tətiklənməsi, etnik zəmində qarşıdurmaların yaradılması imperializmin çirkin simasının bariz göstəricisidir.

Səbəbləri hər nə olursa olsun, əliyalın mülki əhalini hədəf almaq, uşaq və yaşlı demədən hər kəsi həfədə çevirmək bütün insanlığa qarşı törədilmiş cinayətdir.

Mülki əhalidən və onlara qarşı törədilən qətliamdan öz siyasi məqsədləri üçün istifadə edən, etnik zəmində münaqişəni alovlandıraraq qırğınlara səbəb olan şəxslər isə baş verənlərin cinayət ortağıdır.

N!DA Vətəndaş Hərəkatı olaraq 20 yanvar günü şəhid olan soydaşlarımızın xatirəsini hörmətlə anırıq. Bu qırğınların təşkilatçılarını və əsas icraçılarını, o cümlədən məqsədli şəkildə bu hadisələr üçün zəmin hazırlayanları lənətləyir və regionda bir daha bu cür qanlı hadisələrin təkrar olunmamasını diləyirik !"