Qadın Siyasət Məktəbi - Siyasi psixologiya - 29 aprel 2023
N!DA 30/04/2023
Bu gün Alternativ Təhsil Platforması çərçivəsində təşkil olunan "Qadın Siyasət Məktəbi" sessiyasının növbəti təlimi baş tutub. Təlimdə siyasi psixolog Samirə Qasımlı tərəfindən iştirakçılara siyasi psixologiya mövzusunda ətraflı məlumat verilib və bu istiqamətdə müzakirə aparılıb.
Qeyd edək ki, təlimlər sessiyası qadınların siyasi fəallığının artırılması və onların bu sahədə təcrübə qazanmaları məqsədi daşıyır. Sessiya müddətində qadın iştirakçılara siyasi psixologiya, debat bacarıqları, ritorika, bədən dili, ideologiyalar, seçki kampaniyaları, media və ictimaiyyətlə iş, fərdi və komanda işi kimi bir çox sahədə peşkar təlimçilər tərəfindən tədris həyata keçirilir.