"Saleh Rüstəmlinin Hüquqlarının Müdafiəsi Komitəsi" yaradıldı - 27 noyabr 2021

27/11/2021

NİDA Vətəndaş Hərəkatı 27 noyabr 2021-ci il tarixində D18 Hərəkatının təşkilatçılığı ilə baş tutan "Azərbaycanda siyasi məhbusların durumu" adlı ictimai müzakirədə iştirak edib. Müzakirədə NİDA Vətəndaş Hərəkatını təmsilən hərəkat üzvü Fərid Cabbar iştirak edib.

Müzakirələr nəticəsində N!DA Vətəndaş Hərəkatı, D18 Hərəkatı, AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı və REAL Gənclər Birliyinin ortaq təşəbbüsü ilə "Saleh Rüstəmovun Hüquqlarının Müdafiəsi Komitəsi"nin yaradıldığını ictimaiyyətə elan edilib. Komitənin Saleh Rüstəmovun hüquqlarının müdafiəsini koordinasiyalı şəkildə təşkil edəcəyi, müvafiq addımlar atacağı planlaşdırılır. Komitənin iclasları qatılmaq istəyən şəxslər üçün açıqdır.

Komitənin üzvləri :

1. Fərid Cabbar (NİDA Vətəndaş Hərəkatının üzvü)

2. Əhməd Məmmədli (D18 Hərəkatının sədri)

3. Ayxan Hacıbəyli (Müsavat Gənclər Təşkilatının İdarə Heyəti üzvü)

4. Fuad Əhmədli (AXCP Gənclər Komitəsinin Məclis üzvü)

6. Novruz Əliyev (REAL Gənclər Birliyinin İdarə Heyəti üzvü)

7. Emin Xəlilli (İctimai fəal)

Qeyd edək ki, Saleh Rüstəmov 2018-ci ildə siyasi məhbus ailələrinə maddi yardım göstərdiyi üçün şərlənərək həbs edilib və artıq 22-ci gündür ki, aclıq aksiyası keçirir. Komitənin yaxın zamanlarda Saleh Rüstəmlinin vəziyyəti ilə bağlı müvafiq fəaliyyətlər icra edəcəyi qeyd olunub.