"Siyasi aktivizm" təlimlər sessiyası yekunlaşdı - 10 sentyabr 2022
10/09/2022
2022-ci il sentyabrın 10-da N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə baş tutan "Alternativ Təhsil Platforması" layihəsinin III "Siyasi aktivizm" adlanan təlimlər sessiyası yekunlaşdı.
16 təlimdən ibarət olan sessiyada iştirakçılara siyasi ideologiyalar, feminizm, hüquq müdafiəçiliyi, vətəndaş jurnalistikası və bir çox digər istiqamətlər üzrə peşəkar təlimçilər tərəfindən ətraflı məlumat verildi. Sessiyanın sonunda layihənin davamlı iştirakçılarına sertifikatlar təqdim olunub.
N!DA Vətəndaş Hərəkatı yaxın gələcəkdə müxtəlif mövzularda təlim layihələri və ictimai müzakirələrin təşkilini planlaşdırır.