Sosial-Demokratiya Məktəbi - "Sosial-demokratiya müasir sistemlərdə" - 20 noyabr 2022

20/11/2022

20 noyabr 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə keçirilən "Sosial-demokratiya məktəbi" layihəsinin növbəti təlimi baş tutub. Turqut Qəmbərin spikerliyi ilə təşkil olunan təlimdə iştirakçılara sosial-demokratiya müasir sistemlərdə mövzusu ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, "Sosial-demokratiya məktəbi" layihəsi çərçivəsində 2 ay müddətində müxtəlif ekspertlərin iştirakı ilə sosial-demokratiyanın fəlsəfəsi, iqtisadi əsasları, cəmiyyətə baxışı, müasir dünya təcrübəsində sosial-demokratiya və s. mövzularda təlimlər həyata keçirilməsi nəzərdə tutulur.

Təlimlər Almaniyanın "Sosial Demokratiya Akademiyası"-nın tədris proqramı əsasında təşkil olunur.