Türkiyənin "İvme" Hərəkatı ilə ikitərəfli görüş - 13 fevral 2022
2022-ci ilin fevralın 13-də N!DA Vətəndaş Hərəkatı və Türkiyə “İVME” Haraketi ilə əməkdaşlıq çərçivəsində ikitərəfli görüş baş tutub. Görüşdə hər iki təşkilat arasında mövcud və gələcək perspektivlər müzakirə olunub.
Hər iki hərəkat 2020-ci ilin 8 noyabrından sonra Azərbaycan və Türkiyə iqtidarları arasında daha da güclənən inteqrasiya prosesinin mövcud avtoritar sistemlərin davamlılığına xidmət etdiyində həmfikir olduqlarını bəyan ediblər. İqtidarlar arasında sıx əlaqələr yarandığı kimi, parallel olaraq demokratik qüvvələr, gənclər hərəkatları və progressiv dəyərlərin daşıyıcıları arasında da münasibətlərin inkişaf etdirilməsinə olan ehtiyac dilə gətirilib.
Tərəflər arasında xarici və daxili siyasət, qarşılıqlı inteqrasiya, iqtisadiyyat, ekologiya, qadın hüquqları, seçki prosesi və bir neçə digər istiqamətlərdə ortaq fəaliyyət mexanizmləri barədə müzakirələr aparılıb.
Görüşün sonunda hər iki hərəkat arasında bir neçə istiqamətdə ortaq layihələrin icra olunması barədə razılıq əldə olunub.