ATP - "Eko-aktivizm nədir?" - 2 aprel 2022

N!DA 02/04/2022

2 aprel 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Eko-aktivizm nədir?" adlı növbəti təlim baş tutub. Spiker qismində eko-aktivist və ictimai fəal Cavid Qaranın çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian Platforumda təşkil olunub.

Təlimdə Cavid Qara eko-aktivizmin müxtəlif istiqamətləri və müvcud vəziyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda eko-aktivizmin yeri, işğaldan azad olunmuş torpaqlardakı ekoloji vəziyyət barədə fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyasının qarşıdakı 2 ay müddətində davam etməsi planlaşdırılır.