Haqqımızda

N!DA Vətəndaş Hərəkatı Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında yaradılmış hərəkatdır. Hərəkat İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti hərəkatın daxilində keçirilən demokratik seçkilərlə qurulur. 
 
Azərbaycan cəmiyyətinin konstitusion əsaslarının, demokratik və respublika dəyərlərinin, insan və vətəndaş, hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycanın demokratikləşdirilməsi, ictimai-siyasi proseslərə vətəndaşların, xüsusilə gənclərin ve tələbələrin cəlb edilməsi və onların bu proseslərə təsirinin artırılması hərəkatın əsas məqsədlərinə daxildir.
 
Qeyri-zorakı vətəndaş etirazlarının – mitinq, küçə yürüşləri, piket, flashmob və s. təşkil edilməsi, sosial araşdırmaların aparılması, seminarlar, treninqlərin keçirilməsi kimi fəaliyyətlər NİDA-nın gündəliyinə daxildir.

Bizə Abunə olun

Ən son xəbərləri bizdən alın.