ATP - "İctimai vəkillik" - 23 iyul 2022
23 iyul 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "İctimai vəkillik" adlı növbəti təlim baş tutub. Spiker qismində Charles Universitetinin doktorantı Nəcmin Kamilsoyun çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.
Təlimdə Nəcmin Kamilsoy tərəfindən iştirakçılara ictimai vəkilliyin mahiyyəti, bu istiqamətdə gərəkli olan metodlar və yanaşmalar barədə ətraflı məlumat verib, öz debat təcrübəsini bölüşüb, mövzu ilə bağlı fikir mübadiləsi və müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. Bu il N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyası "Siyasi aktivizm" adlanır və gənclərin siyasi fəallığının yüksəldilməsinə, siyasi proseslərdə iştirakçılığının təmin olunmasına həsr olunub.