ATP - "İfadə azadlığı və diffamasiya" - 25 iyun 2022
25 iyun 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "İfadə azadlığı və diffamasiya" adlı növbəti təlim baş tutub. Spiker qismində hüquqşünas Ələsgər Məmmədlinin çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.
Təlimdə Ələsgər Məmmədli tərəfindən iştirakçılara ifadə azadlığı və diffamasiyanın mahiyyəti, bu istiqamətdə gərəkli olan metodlar və yanaşmalar barədə ətraflı məlumat verib, mövzu ilə bağlı fikir mübadiləsi və müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. Bu il N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyası "Siyasi aktivizm" adlanır və gənclərin siyasi fəallığının yüksəldilməsinə, siyasi proseslərdə iştirakçılığının təmin olunmasına həsr olunub.