ATP - "İşçi hüquqlarının müdafiəsi" - 9 aprel 2022

09/04/2022

10 aprel 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "İşçi hüquqlarının müdafiəsi" adlı növbəti təlim baş tutub. Spiker qismində hüquqşünas İnara Camalın çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.

Təlimdə  iştirakçılara işçilərin üzləşdiyi müxtəlif problemlər və onların hüquqi həlləri barədə ətraflı məlumat verilib, işçilərin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyasının qarşıdakı 2 ay müddətində davam etməsi planlaşdırılır.