ATP - "Qadın haqları və feminizm" - 16 aprel 2022

N!DA 18/04/2022

17 aprel 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Qadın haqları və feminizm" adlı növbəti təlim baş tutub. Spiker qismində feminist aktivist Nərmin Şahmzarzadənin çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.

Təlimdə iştirakçılara qadın hüquqları və gender mövzusundakı problemlər, stereotiplər, onların həlli istiqamətində görülməli olan işlər barədə ətraflı məlumat verilib, Azərbaycanda gender problemləri ilə bağlı fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyasının qarşıdakı 2 ay müddətində davam etməsi planlaşdırılır.