ATP - "Sosial iş ictimai fəallıq kimi" - 11 iyun 2022
11 iyun 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Sosial iş ictimai fəallıq kimi" adlı növbəti təlim baş tutub. Spiker qismində sosial işçi Sənubər Heydərovanın çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.
Təlimdə Sənubər Heydərova tərəfindən iştirakçılara sosial işin mahiyyəti, bu istiqamətdə gərəkli olan metodlar və yanaşmalar barədə ətraflı məlumat verib, öz sosial iş təcrübəsini bölüşüb, mövzu ilə bağlı fikir mübadiləsi və müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb. Qarşılıqlı diskusiya formatında baş tutan müzakirədə Azərbaycanda sosial iş sahəsindəki mövcud vəziyyət və sosial işçilərin qarşısında duran əngəllərə toxunulub.
Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. Bu il N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyası "Siyasi aktivizm" adlanır və gənclərin siyasi fəallığının yüksəldilməsinə, siyasi proseslərdə iştirakçılığının təmin olunmasına həsr olunub.