ATP - "Təlimçilərin ictimai iştirakçılıq metodları" - 30 aprel 2022

30/04/2022

30 aprel 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Təlimçilərin ictimai iştirakçılıq metodları" adlı növbəti təlim baş tutub. Spiker qismində "Gənc Təlimçilər Alyansı"nın təsisçisi İlkin Əliyevin çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.

Təlimdə iştirakçılara ictimai iştirakçılıq və onun formaları, təlimçilər üçün nəzərdə tutulmuş metodlar və yanaşmalar barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyasının qarşıdakı 2 ay müddətində davam etməsi planlaşdırılır.