ATP - "Vətəndaş müşahidəçiliyinin seçkidə rolu" - 4 iyun 2022

04/06/2022

4 iyun 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Vətəndaş müşahidəçiliyinin seçkidə rolu" adlı növbəti təlim baş tutub. Spiker qismində seçki mütəxəssisi Məmməd Məmmədzadənin çıxış etdiyi təlim "Alternativ Təhsil Platforması" çərçivəsində Caspian PlatForumda təşkil olunub.

Təlimdə Məmməd Məmmədzadə tərəfindən iştirakçılara seçki prosesinin mahiyyəti, bu istiqamətdə gərəkli olan metodlar və yanaşmalar barədə ətraflı məlumat verib, mövzu ilə bağlı fikir mübadiləsi və müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb. Qarşılıqlı diskusiya formatında baş tutan müzakirədə Azərbaycan seçki sistemindəki mövcud vəziyyət, insanların seçkidə iştirakı və müşahidəçilərin qarşısında duran əngəllərə toxunulub.

Qeyd edək ki, "Alternativ Təhsil Platforması" bir neçə ildir ki, mövcud təhsil sistemində yer verilməyən, insan hüquqları, demokratiya, siyasi iştirakçılıq və azadlıqlarla bağlı alternativ bilik və bacarıqların öyrədilməsi məqsədi daşıyan layihədir. Bu il N!DA Vətəndaş Hərəkatının təşkil etdiyi "Alternativ Təhsil Platforması"-nın təlimlər sessiyası "Siyasi aktivizm" adlanır və gənclərin siyasi fəallığının yüksəldilməsinə, siyasi proseslərdə iştirakçılığının təmin olunmasına həsr olunub