ATP - Videografiya təlimləri - 5 sentyabr 2022

05/09/2022

2022-ci ilin sentybarın 5-də N!DA Vətəndaş Hərəkatı Alternativ Təhsil Platforması çərçivəsində təşkil etdiyi "Videoqrafiya" təlimlərinə yekun vurub. Təlimlər çərçivəsində peşəkar təlimçilər tərəfindən iştirakçılara videoqrafiya və onun incəlikləri barədə ətraflı məlumat verilib, praktiki məşğələlər həyata keçirilib. Video montaj, xüsusi proqramlar vasitəsilə iş və digər istiqamətlər üzrə təməl məlumatlara yer verilib.

Qeyd edək ki, Alternativ Təhsil Platforması cəmiyyətin müxtəlif sahələrini və müxtəlif mövzuları əhatə etməklə, hakim təhsil sistemində məqsədli şəkildə yer verilməyən istiqamətlər üzrə iştirakçılara alternativ təhsil imkanı təklif edir.