Film nümayişi: "NO" (2012) - 3 dekabr 2022

03/12/2022

3 dekabr 2022-ci il tarixində Salaam Cinema-da "No" (2012) filminin nümayişini və müzakirəsini təşkil etdik. Çili diktatoru Pinoçetin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən referenduma həsr olunan filmdə bir qrup şəxsin diktaturaya "yox" deməsi və qələbə üçün apardığı mübarizə təsvir edilir. Fərqli metodika və yaradıcı düşüncə ilə diktaturaya qalib gələn şəxslər Çilidə daha azad və demokratik sistemin təməllərini atıblar.