İctimai müzakirə - "Demokratiyanın Azərbaycanda gələcəyi" - 10 aprel 2022

10/04/2022

10 aprel 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Avropa və Azərbaycan münasibətləri: Demokratiyanın Azərbaycanda gələcəyi" mövzusunda ictimai müzakirə təşkil edilib.

Caspian PlatForumda baş tutan müzakirə çərçivəsində iqtisadçı ekspert Natiq Cəfərli və Aİ Şərq Tərəfdaşlığı üzrə ekspert Zaur Əkbər çıxış ediblər. Spikerlər Avropa ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı, yeni müqavilələr, enerji siyasəti və bu prosesin Azərbaycana mümkün təsirləri barədə ətraflı məlumat verdi, İzləyicilərin mövzu ilə bağlı suallarını cavablandırıb.